https://www.zirve.edu.az/ #
2021-05-04 15:19:00
BMU alimlərinin dərs vəsaiti nəşr olunub  

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov və universitetin Avtomatika və elektroenergetika kafedrasının dosenti Nəcəf Orucovun  “Xətti elektrik dövrələri” adlı dərs vəsaiti nəşr olunub.

 

AzEdu.az xəbər verir ki, kitabda xətti elektrik dövrələrinin normal və keçid rejimlərinin hesablanması nəzərdən keçirilib.

 

Dərs vəsaiti ali təhsil müəssisələrinin Enеrgеtika mühəndisliyi, Еlеktrik və elektronika mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi iхtisаsları üçün nəzərdə tutulub. Kitabdan, eyni zamanda, Radiotexnika və telekommunikasiya mühəndisliyi və Kompüter mühəndisliyi iхtisаslarında təhsil alan tələbələr və mühəndis-texniki işçilər də istifаdə еdə bilərlər.

 

Dərs vəsaitinin elmi redaktoru BMU Texnoparkının müdiri, elmlər doktoru Elçin Qurbanov, rəyçilər isə BMU-nun dosenti Rafael Hüseynov və Azərbaycan Texniki Universitetinin dosenti Hüseynqulu Quliyevdir.