Azedu.az

DİM-də növbəti “GRE: General Test” imtahanı keçirilib  

3 May 2021, 14:28
DİM-də növbəti “GRE: General Test” imtahanı keçirilib  

Mayın 3-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında növbəti “GRE: General Test” imtahanı keçirilib. Koronavirusla əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarəti yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

 

DİM-dən AzEdu.az-a  bildirilib ki, imtahanda 1 nəfər iştirak edib. İmtahanın nəticəsini ETS-in saytında 10-15 gün sonra onlayn öyrənmək olar.

 

Növbəti “GRE:General Test” imtahanının iyun 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında müvafiq linkdən əldə etmək mümkündür.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox