Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-03 14:02:00
Zərdabda daha iki məktəbdə əyani təhsil müvəqqəti dayandırıldı  

Zərdabın iki məktəbində COVID-19 infeksiyası səbəbindən əyani təhsil müvəqqəti dayandırılıb və distant təhsilə keçilib.

 

AzEdu.az xəbər verir ki, Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, Zərdab şəhər 3 saylı və Qaravəlli kənd tam orta məktəblərinin müəllim və şagirdlərində koronavirus aşkar edildiyi üçün mayın 3-dən etibarən əyani təhsil müvəqqəti olaraq dayandırılıb. Hazırda hər iki məktəbdə dezinfeksiya işləri həyata keçirilir.

 

Qeyd edək ki, bir müddət öncə rayonun Məlikumudlu və Çallı kənd orta məktəblərində də şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən distant təhsilə keçilmişdi.(Azərtac)