Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 11:12:00
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir

Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat prosesi davam edir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, proses aprelin 21-dək https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə həyata keçirilir.

 

Müsabiqə elektron әrizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarətdir. Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılır.

 

Elektron qeydiyyat prosesinin qaydaları barədə ətraflı məlumat Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilmiş videotəlimatda verilib.