Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 14:32:00
AzTU orta məktəblərlə əməkdaşlığı davam etdirir

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının iştirakı ilə Bakı, Sumqayıt, Mingəçevir, Salyan, Tovuz, Lənkəran və Şirvan məktəbliləri, onların valideynləri və müəllimləri üçün onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, əvvəlcə şagirdlərə universitetin tarixi, təhsil sistemi, beynəlxalq əlaqələri, tələbə həyatı haqqında ətraflı məlumat verilib.

 

Məktəb direktorları universitet rəhbərliyinə belə görüşlərin təşkilinə görə təşəkkür edib.

 

Tədbirin sonunda abituriyentlərin sualları cavablandırılıb.

 

Qeyd edək ki, AzTU ilə orta məktəblər arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək.