Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 10:37:00
Tarixçi alim Hikmət Hacıyevə müraciət edib

Tanınmış tarixçi alim, dosent Zaur Əliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə açıq müraciət ünvanlayıb.

 

Tarixçi alim İkinci Dünya müharibəsindən qalib ayrılan Böyük Britaniyanın Almaniyaya alimləri göndərib onlardan qalan arxivləri və kitabları Londona gətizdirdiyini xatırladıb. Bildirib ki, bu sənədlər ingilislərə faşizm barədə tutarlı faktlarla tədqiqat aparmağa imkan verib:

 

“Çünki bu sənədlər çox böyük əhəmiyyət daşımaqla düşməni öz silahları ilə, fakt və sübutlarla vurmağa kömək elədi. Bu işə Britaniyanın Baş naziri Uinston Çörçill özü nəzarət edirdi”.

 

Z.Əliyev hazırda işğaldan azad edilən Qarabağda, ermənilərin kilsə və idarələrində, məxfi qurumlarında və arxivlərində düşmənin iç üzünü və məkrli planlarını üzə çıxarmağa kömək edəcək sənədlər, əlyazmalar, kitablar, xəritələr və fotolar olduğunu güman edir:

 

“Bizim əsgərlər bu sənədlərin necə əhəmiyyətli olmasını bilmədən onları mənasız sayaraq məhv edə bilər. Bu isə gələcəkdə ermənilərə qarşı informasiya və elmi müstəvidəki savaşlarda bizə böyük kömək edəcək “silahlar”ın məhv olması deməkdir.

 

Erməni bolşevik Mikoyan 1918-ci ildə Bakıda mart soyqırımı zamanı burdan 6 çamadan nadir əlyazma və sənədlər aparıb. Nadir kitabları ermənilər oxuyub, bizim tariximizi saxtalaşdırmağa başlayıblar. Hazırda dünya auksionlarında bizim tarixə aid nadir sənədləri ermənilər baha qiymətə satışa qoyublar.

 

Biz niyə ermənilərdən qalan bu sənədləri və kitabları oxumayaq? Onlara qarşı bunu istifadə etməyək? Dünyaya ermənilərin terrorçu və soyqırım törədən bir millət olduğunu göstərməyək?

 

Bu sənədlərin içərisində ermənilərin bizdən vaxtilə oğurladığı tariximizə aid əlyazmalar, nadir kitablar da, nadir fotolar da ola bilər”.

 

Zaur Əliyev Prezident köməkçisindən o kilsə və idarələrə baxmaq üçün işğaldan azad edilən ərazilərə getməyinə şərait yaradılmasını xahiş edib:

 

“İzn verin mən gedim, o sənədləri və əlyazmaları, kitabları və fotoları əldə edib tədqiq edim.

 

İnanı,n bunu erməniləri və onların planlarını, tarixini və psixologiyasını mənim kimi bilən alimdən başqası edə bilməyəcək!

 

Xahiş edirəm, kömək edin, gedib o sənədləri Bakıya gətirib araşdırma edək!”

 

Axar.az