https://www.zirve.edu.az/ #
2021-04-15 17:30:00
Pakistanlı xanımla evlənən Elvin: “Rektorun sürprizini ən sonda bildik” -FOTOLAR

 

“Rektorun  təşəbbüsü  ilə  çəkiliş  heyəti  və Pakistanın  ölkəmizdəki  səfiri  də  dəvət  edildi. Bütün  bunlardan  nikaha  çox  az  zaman  qalmış  xəbər  tutduq, bizim  üçün  sürpriz  oldu”.

 

Bunu  AzEdu.az-a  açıqlamasında  Bakı  Ali  Neft  Məktəbinin  tələbəsi, universitetdə təhsil alan pakistanlı xanım Masuma  Rizvi  ilə  ailə  həyatı  quran  Elvin  İsmayılov  qeyd  edib.

 

O, pakistanlı xanımla  universitetdə  tanış  olduğunu  bildirib:

 

“2015-ci  ildə  Bakı  Ali  Neft  Məktəbinin  Neft- qaz  mühəndisliyi  ixtisasına  qəbul  olmuşam. Onunla  universitetdə  tanış  olduq,  eyni  ixtisas  üzrə  təhsil  alırdıq. O zaman  o  II,  mən  isə   V  kursda  oxuyurdum. Əslində, bununla  bağlı  dəqiq  planlarımız  olmasa  da,  gələcəkdə  təhsilimizi  davam  etdirməyi  düşünürük”.

 

Elvin, nikahla  bağlı hər  şeyin  rektorun  təşəbbüsü  ilə  həyata  keçirildiyini  və  onlar  üçün  sürpriz  olduğunu  qeyd  edib:

 

“Biz  ilk  olaraq  “Asan  xidmət”ə  nikahla  bağlı  müraciət  etdik.  Sonra universitet, rektor  bundan  xəbər  tutdu, ancaq  necə  olduğunu  bilmədik. Daha  sonra  rektorun  təşəbbüsü  ilə  çəkiliş  heyəti  və Pakistanın  ölkəmizdəki  səfiri  də  dəvət  edildi. Bütün  bunlardan  nikaha  çox  az  zaman  qalmış  xəbər  tutduq, bizim  üçün  sürpriz  oldu.

 

Nikahımıza  universitetimizin  rektoru  Elmar  Qasımov  və  səfir  Bilal  Haye  şahidlik  etdi, bu  bizim  üçün  gözəl  xatirə  oldu. Təşəkkür  edirik. Bundan  sonra  Azərbaycanda  yaşamağı  düşünürük”.

 

Son  olaraq  o  akademik  fəaliyyətini  hansı  istiqamətdə  davam  etdirəcəyini  bildirib:

 

“Hazırda  geoloqam, SOCCAR  şirkətində  mühəndis  olaraq  fəaliyyət  göstərirəm. Bundan  sonra  da  akademik  fəaliyyətimi  ya  elmi  iş, ya  da  mühəndislik  üzrə  davam  etdirməyi  düşünürəm”.