Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-15 13:03:00
Təlimə Dəstək Mərkəzinə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirildi  

Bakı Şəhər üzrə Təhsil İdarəsinin nəzdindəki Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul müsabiqəsinin müsahibə mərhələsi keçirilib.

 

Təhsil İdarəsindən AzEdu.az-a verilən məlumata görə, müsahibə mərhələsində imtahanda müəyyən edilmiş balı toplayan 26 namizəd iştirak edib.

 

İşə qəbul müsabiqəsinin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.

 

Qeyd edək ki, üç mərhələdən ibarət müsabiqədə TDM-də Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ingilis dili, ibtidai sinif, fizika, kimya, biologiya, tarix, coğrafiya və informatika ixtisasları üzrə metodist (mentor) kimi çalışmaq arzusunda olan şəxslər iştirak ediblər.

 

TDM-in fəaliyyətinin əsas məqsədi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsindən ibarətdir.

 

Təlimə Dəstək Mərkəzi ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə uyğun dəstək verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərir.