Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-08 11:30:00
ABŞ-da  tibb təhsili almaq istəyənlərin bilməli olduğu vacib faktlar – Bunlara mütləq əməl edin

 Son illər ABŞ-da tibb təhsili almaq üçün müraciət edənlərin sayı artmaqdadır.

 AzEdu.az bunu nəzərə alaraq, Amerikada tibb təhsili ilə bağlı vacib məlumatları təqdim edir:

 Amerika Birləşmiş Ştatlarında tibb təhsili almaq istəyirsinizsə, çoxlu vaxt sərf etməli və intellektinizdən maksimum istifadə etməlisiniz. Burada qəbul şərtləri kifayət qədər sərtdir və təhsil isə çox intensivdir. ABŞ-da tibb diplomunu qazanmağa gedən yol çətin olsa da, məzun olduqdan sonra davamlı işə və yüksək maaşlı sənətə malik olacaqsınız.

ABŞ-da tibb universitetlərinə qəbul Avropa və Azərbaycandakından fərqlənir. Belə ki, ABŞ-da tibb təhsilinə başlamaq üçün mütləq orada 4 illik bakalavr təhsilinə qoşulmalısınız. Yalnız bundan sonra dördillik tibb təhsilinə başlamaq olar.  Daha sadə dildə desək, Amerikada tam tibb təhsili bakalavr  deyil, magistr dərəcəlidir.

Maraqlısı da odur ki, 4 illik bakalavr ixtisasınızın hansı sahə üzrə olmasının bir əhəmiyyəti yoxdur. Lakin, gələcəkdə tibb sahəsi üzrə təhsil almaq üçün bakalavr proqramınızı biologiya, kimya, orqanik kimya, biokimya kimi sahələri seçmək  məsləhət görülür. Bundan başqa, ilk  dördillik bakalavr proqramı ərzində siz pre-med proqramına qatılacaqsınız.  Pre-med proqramı tibb ixtisasına daxil olmaq üçün tələb olunan MCAT imtahanından hazırlaşdıracaq, Eyni zamanda, tibb universitetlərinin bakalavr dövrü ərzində hansı dərslərin götürülməsinin lazım olduğunu sizə bildirəcək. Bundan başqa tibb universitetləri sizdən müsahibə də tələb edə bilər. Pre-med proqramı da bu müsabiqədən də keçmək üçün sizə böyük dəstək olacaq.

MCAT imtahanı isə adətən, 4-cü kursun əvvəllərində götürülür. İmtahan 4 hissədən ibarətdir:

  1. Kimya, fizika, biologiya və biokimya
  2. Kritik düşünmə və məntiqi analiz
  3. Psixologiya
  4. Sosial elmlər

 Qeyd edək ki, bu gün Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirir.

609 namizəd imtahanın II mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 408 nəfəri qız, 201 nəfəri oğlandır. 529 namizəd Azərbaycan bölməsinin, 80 namizəd rus bölməsinin, 329 namizəd cari ilin, 280 namizəd isə əvvəlki illərin məzunudur, 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 589, Naxçıvan şəhərində isə 20  namizəd imtahan verir.

İmtahanların idarə olunması üçün 6 imtahan rəhbəri, 59 zal nəzarətçisi ayrılıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları