Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-24 12:33:00
DİM TOEFL iBT və GRE imtahanları keçiriləcək  

ETS-in (Educational Testing Service–Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanları martın 24 və 27-də Dövlət İmtahan Mərkəzinin (DİM) Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

 

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahan iştirakçıları saat 07:30-dan gec olmayaraq tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

 

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə. 

 

İştirakçılar “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etməli və imzalanmış şəkildə özü ilə imtahana gətirməlidir.

 

İmtahan saat 9:00-da başlanır.

 

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

 

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidir. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

 

DİM-dən həmçinin bildirilib ki, ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı isə  martın 26-da keçiriləcək.

 

GRE General Test imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.