Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-04 12:55:00
Bu dil üzrə nəticələr daha yüksək olub – DİM  

 

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına 2021-ci il fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticəsi imtahandan iki gün sonra martın 2-də elan olunub.

 

AzEdu.az-ın məlumatına görə, 2021-ci il fevralın 28-də keçirilən imtahanda iştirak üçün 19885 bakalavr qeydiyyatdan keçib. Ötən illə müqayisədə ərizə verənlərin sayı 4147 nəfər (26.35%) artıb. Bu il qeydiyyatdan keçənlərin 256 nəfəri (1.28%) imtahana gəlməyib. Ötən il də imtahana gəlməyənlərin nisbi sayı (1.16%) bu səviyyədə olub.


Bu il bakalavrların yarısının imtahanda topladığı bal 47-dən yüksək olub (median 47.57) olub. Ötən il bu göstərici 48 bala bərabər olub (median 48.96). Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

 

Xarici dil fənni üzrə dillərdən asılı olaraq müxtəlif mənzərələrin şahidi oluruq. Bakalavrların ingilis və rus dilləri üzrə nəticələri qənaətbəxş, fransız və alman dilləri üzrə nəticələri isə zəif olub. Belə ki, imtahan iştirakçılarının yarıdan çoxu ingilis dili fənni üzrə ən azı 11 (median 11.70-ə bərabər olub), rus dili fənni üzrə ən azı 12 bal (median 12.69-a bərabər olub) toplayıb. Fransız dili və alman dili fənləri üzrə isə bakalavrların yarıdan çoxu müvafiq olaraq, 8 baldan (median 7.86-ya bərabər olub) və 9 baldan (median 8.50-yə bərabər olub) aşağı nəticə göstərib.