Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-03 13:25:00
  Milli Qiymətləndirmədə əsasən bu fənlərdən istifadə ediləcək- Şöbə müdiri

 

 

“Pandemiya şəraitində təhsilə vurulan zərbə  ən çox təbiət fənlərində hiss olunub”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu Təhsil TV-yə açıqlaması zamanı deyib.

 

 

O, 5-12 mart tarixlərində  III, VI və VII sinif şagirdləri arasında keçiriləcək milli qiymətləndirmə haqqında fikirlərini bildirib:

 

 

“Bu il təşkil olunacaq milli qiymətləndirmə III, VI və VII sinif şagirdlərini əhatə edir. VI və VII sinif şagirdlərinin təbiət fənləri üzrə bilikləri manitorinq ediləcək. Buna əsas səbəb pandemiya şəraitində təhsilə vurulan zərbənin ən çox  təbiət fənlərində  hiss olunmasıdır. Milli qiymətləndirmənin vasitəsi ilə bilmək istəyirik ki, bu zərbə nə qədər güclü olub”.

 

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları