Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-02 17:01:00
UNEC pandemiya dövründə tədrisi ən yaxşı təşkil edilən universitet seçilib - FOTO

UNEC-in rektoru, professor Ədalət Muradov ölkənin ali təhsil üzrə ən böyük sosial şəbəkələrdən olan “Azərbaycan Universitetləri“ facebook səhifəsi tərəfindən təltif edilib.

 

AzEdu.az xəbər verir ki, səhifənin admini Zöhrab Süleymanov pandemiya dövründə 2019/2020-ci tədris ilinin yaz, 2020-2021-ci ilin payız semestrində tədrisi ən yaxşı təşkil etdiyinə görə UNEC-in rektoru, professor Ədalət Muradova plaket təqdim edib.