Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-02 15:48:00
Pandemiya ilə keçən təhsil-Ötən tədris ilinə baxış

Martın 3-ündə koronavirus səbəbi ilə təhsil müəssisələrinin bağlanmasından bir il ötür. Bu bir il müddətində təhsil də digər sahələr kimi bir çox dəyişikliklərə məruz qalmış və müəyyən məhdudiyyətlər çərçivəsində fəaliyyəini davam etdirib.

 

AzEdu.az pandemiya şəraitində keçən bir illik  təhsil həyatında baş verən əsas hadisələri təqdim edir:

 

2020-ci il martın 3-də ölkədə tədris, təlim və buna bağlı olan bütün msələlər iki həftə olmaqla dayandırıldı. Sonra isə bu  zaman kəsiyi mart ayının sonuna kimi uzadıldı. Nəhayət apreldən etibarən müəyyən mərhələlərlə təhsil, tədris ilinin sonuna kimi distant formada təşkil olundu.

 

Belə bir vəziyyətdə təhsilin dayanıqlılğını təmin etmək məqsədi ilə “Virtual məktəb” platforması yaradıldı. Bu platforma vasitəsi ilə şagirdlər dərs prosesinə onlayn şəkildə qoşulmaq imkanı əldə etdilər. İnterneti olmayan şəxslər üçün isə “Mədəniyyət” və “ARV Günəş” kanallarından “Dərs vaxtı” verlişi təqdim edildi. Bu vasitələr ənənəvi dərsləri əvəz edə bilməsə də, tədrisin dayanıqlılığına müəyyən dərəcədə kömək etdi.

 

Ölkədə yoluxma sayında olan artım 2019-2020-ci tədris ilinin ikinci yarımilində təhsili ənənəvi qaydada keçirməyə imkan vermədi.

 

2020-2021-ci tədris ilinin birinci yarımilində isə təhsil yoluxma sayına görə hibrit formada təşkil edildi. Lakin bu proses çox uzun çəkmədi. Məktəblərdə şagirdlər və müəllimlər arasında baş verən kütləvi yoluxma səbəbindən təhsil distant formaya keçirildi. Noyabr və dekabr aylarında ölkədə bütün təhsil sistemi onlayn formatda varlığını davam etdirdi. Lakin 2021-ci ilin yanvar ayından etibarən yoluxma sayının aşağı düşməsi səbəbində məktəb və digər təhsil müəssisələrində tədris mərhələli şəkildə yenidən bərpa edildi. Hazırda ölkədə 4-dən çox məktəb koronvirus səbəbindən bağlansa da, tədris ənənəvi şəkildə davam etməkdədir.                       

 

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları