Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-02 15:12:00
UNEC müəllimi: “Təhsil ən təsirli iqtisadi siyasətdir” - FOTO

“UNEC-in gənc müəllimləri” layihəsinin növbəti iştirakçısı Əhliman Abbasovu təqdim edirik: “Təhsil ən təsirli iqtisadi siyasətdir”

 

AzEdu.az xəbər verir ki, Əhliman Abbasov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr təhsili alıb.

 

Bakalavr təhsili aldığı illərində ABŞ-ın Dyuk Universitetinin, Çexiyanın Çarlz Universitetinin təlimlərində iştirak edib.

 

Böyük Britaniyanın Nyukasl Universitetində “Beynəlxalq iqtisadiyyat və maliyyə” ixtisası üzrə magistr təhsili alıb.

 

Hazırda UNEC-in Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının müəllimidir.

 

Beynəlxalq İqtisadiyyat kafedrasının dissertantı kimi beynəlxalq iqtisadi inteqrasiya proseslərinin inkişafı ilə bağlı elmi tədqiqat aparır. Yerli və xarici elmi jurnallarda 6 elmi məqaləsi nəşr edilib.

 

Azərbaycan və ingilis dillərini bilir.