Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-28 13:32:00
Yaz aylarında bu vitaminləri qəbul etmək lazımdır

Baharın gəlişi ilə bir çox insanda vitamin çatışmazlığı özünü göstərir. Bədəni yenidən formaya qaytarmaq üçün vitamin tarazlığını bərpa etmək lazımdır.

AzEdu.az xəbər verir ki, dietoloq İrina Pisaryeva vitamin çatışmazlığının yaz ayları üçün xarakterik olduğunu deyib.

“Çox vaxt C və B vitamini çatışmazlığı yaranır. Buna görə diqqətinizi tərəvəz və meyvələrə yönəltməlisiniz. Bu məhsulların gündə bir kiloqrama qədər yeyilməsi məsləhətdir. B vitamini qrupu qulançarda, C vitamini isə sitrus meyvələrində boldur. Pəhrizə yaşıl noxud da əlavə edə bilərsiniz”, - mütəxəssis tövsiyə edib.

Yazdan əvvəl detoks etmək və ya oruc tutmaq təsirli olacaq. Pisaryevaya görə, salatlara əlavə edilən turp və yaşıl soğan da olduqca effektivdir:

“Çox yeməkdən çəkinmək və az porsiyalarla yemək yaxşıdır. Gündəlik rejimə riayət etməli və çox gec yatmamalısınız. Aptekdən vitamin də ala bilərsiniz. Lakin günəşli günlər başlayacaq, buna görə həb kimi içməkdənsə, D vitaminini qəbul etmək üçün çölə daha çox çıxmağı məsləhət görürəm”.