Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-28 11:29:00
AzTU-da yeni təşkilat və xidmət yaradıldı  

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclasında Vətən Müharibəsində şəhid olan və akademik borcları qalan tələbələr üçün fəxri diplomların verilməsi ilə bağlı qərar qəbul olunub.

 

Bildirilib ki, universitetin 27 tələbəsi Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalıb. Onların əksəriyyətinin akademik borcları qaldığından diplom ala bilməyiblər. Buna görə də Elmi Şura tərəfindən şəhidlərimizə ölümündən sonra fəxri diplomların verilməsi ilə bağlı qərar verilib.

 

Qeyd olunub ki, son bir ildə AzTU müasir dövrün çağırışlarına uyğun layihələr həyata keçirir. Onlardan biri də “AzTU Taxi” xidmətinin təsis edilməsidir. “AzTU Taxi”nin təsis edilməsi tələbələr üçün iş imkanlarının artırılmasına  xidmət edəcək. Xidmətin yaradılması ilə bağlı qərar müzakirələrdən sonra qəbul edilib.  

 

İclasda “AzTU Könüllüləri” Təşkilatının təsis edilməsi ilə bağlı qərar da təsdiqlənib. Bildirilib ki, təşkilata üzv olan tələbələr universitetin struktur bölmələrində təcrübə keçəcək, bu da onların ilkin əmək vərdişlərinə yiyələnməsində böyük rol oynayacaq.

 

Bu barədə AzTU-dan bildirilib.