Azedu.az

Lütfi Zadə məntiqi ilə işləyən cihaz tibb elmində inqilab edəcək

Məktəbəqədər təhsil

Orta təhsil

Kolleclər

Ali təhsil

Maraqlı

Müəllimlər və elm adamları

Reportaj

Müsahibə

AzEdu Tv

Araşdırma

Videolar

Seçilmişlər

Layihələrimiz

2 Mart 2018, 19:22
Lütfi Zadə məntiqi ilə işləyən cihaz tibb elmində inqilab edəcək

Çinin Quançjou şəhərində yerləşən tibb mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanmış yeni qurğu xəstəliklərə diaqnoz qoymağa imkan verir.

Məlumdur ki, xəstəliklərin vaxtında və düzgün diaqnostikası müalicədə ən vacib mərhələ hesab edilir. Süni intellekt əsasında işləyən tibbi aparatdan istifadə diaqnozun qoyulması zamanı insan amilinin təsirini azaldaraq həkim səhvi riskini minimuma endirəcək.

AzEDU xarici elmi portala  istinadla xəbər verir ki, yeni qurğu uşaqlarda ağciyər iltihabını və ya gözün torlu qişası xəstəliyini asanlıqla müəyyənləşdirir.

Alimlər aparatı təkmilləşdirməyi və diaqnoz qoyulan xəstəliklərin siyahısını genişləndirməyi planlaşdırırlar. Çin mühəndisləri əmindirlər ki, onların texnologiyası maksimum dərəcədə sürətli və daha dəqiq diaqnostika hesabına müasir tibbin səmərəliliyini yüksəltməyə kömək edəcək.

Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi
Son xəbərlərDaha çox