Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-24 14:36:00
Koronavirus orqan və toxumalarında hansı dəyişikliklər törədir?

COVID-19 xəstəliyi SARS-CoV-2 koronavirusu tərəfindən törədilən virus mənşəli infeksiyadır. SARS-CoV-2 virusu insan orqanizminə angiotenzin çevirici ferment 2 (ACE2) reseptoruna bağlanaraq daxil olur. ACE2 reseptorları tənəffüs sistemi epitel hüceyrələri, damar endotel hüceyrələri, böyrək epitel hüceyrələrində yüksək miqdarda rast gəlinir.


AzEdu.az e-tibb.az-a istinadən bildirir ki, bunu uzman-patomorfoloq, Mərkəzi Gömrük Hospitalının Patomorfoloji diaqnostika şöbəsinin rəisi Zərifə Yusifli deyib.


"COVİD-19 virusu insan orqan və toxumalarında hansı dəyişiklikləri törədir" sualına cavab olaraq mütəxəssis deyib ki, məhz bu səbəblərdən xəstəlik zamanı daha çox bu orqan və toxumalar zədələnir.

• Makroskopik olaraq ağciyərdə ödem, ağciyər çəkisinin artması, yayğın qansızmalar, ağciyər arteriyasının trombla tutulması, plevral iltihabi proses görülə bilər.

• Histoloji olaraq ağciyərdə kəskin mərhələdən fibrotik mərhələyə qədər dəyişə bilən diffuz alveolyar zədələnmə müşahidə edilir.

• Ağciyər damarları və alveolyar epitelin keçiriciliyi artır.

Hüceyrəarası sahədə və alveol boşluqlarında proteinoz maye yığılması, alveol divarlarında iltihabi hüceyrələrin toplanması və fibroblastların proliferasiyasına bağlı qalınlaşma baş verir. Bu isə qaz mübadiləsinin pozulmasına, o cümlədən oksigenin qəbul edilməsinin azalmasına və hipoksemiyaya səbəb olur.