Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-23 15:11:00
“Sosial şəbəkələrdə müzakirələr brifinqin mövzusundan çox, ali təhsilin keyfiyyətinə aid oldu” – Nazir müşaviri

“Təhsil naziri kimi fəaliyyət göstərdiyi  6 aydan az müddət ərzində Emin müəllim çoxsaylı media nümayəndələrinin iştirak etdiyi 4 brifinqdə çıxış etmişdir.”

 

AzEdu.az  xəbər  verir ki, bunu  Təhsil nazirinin  müşaviri  Elnur Nəsibov  deyib.

 

Müşavir  qeyd  edib  ki, bundan  əlavə, nazir mütəmadi olaraq  rəsmi sosial şəbəkə səhifəsində video müraciətlər edir, KİV nümayəndələri üçün müsahibələr və televiziya verilişlərində iştirak edərək ictimaiyyəti maraqlandıran sualları birbaşa olaraq özü cavablandırır.

 

Müşavir, dünən keçirilən brifinqlə  bağlı  sosial şəbəkələrdə olan müzakirələrdən danışıb:

 

“Dünən sayca 4-cü brifinq baş tutdu və pandemiya şəraitində tədrisin davam etdirilməsi ilə bağlı qərarlar barədə məlumatı təqdim etdi. Media nümayəndələrinin suallarına ətraflı cavablar verildi. Sonradan sosial şəbəkələrdə müzakirələr brifinqin mövzusundan daha çox, ali təhsilin keyfiyyəti və qiyməti nisbətində balans mövzusuna aid oldu.”

 

 

O, ali təhsilin daha əlçatan olması  üçün Təhsil nazirinin təkliflərinə diqqət çəkib:

 

“Dünən brifinqdən sonra Xəzər TV-də verilmiş müsahibədə nazir bu məsələ ilə bağlı mövqeyini aydın şəkildə təqdim etdi. Ali təhsilin daha da əlçatan olması üçün müxtəlif üsulların tətbiq edilməsininin vacibliyi vurğulandı. Bu istiqamətdə təklifləri səsləndirdi: yüksək peşə təhsilindən ali təhsilə keçid, əlavə təhsil imkanlarının artırılması, maliyyələşmənin müxtəlifliyini təmin etmək üçün dövlət sifarişi ilə yanaşı ayrı-ayrı fondlar, adlı təqaüd proqramları, təhsil kreditləri və digər alətlərin tədbiqini məqsədəuyğun hesab edirik.”

 

Müşavir, Nazirliyin ictimai rəyə böyük önəm verildiyini vurğulayıb:

 

Bu mövzuların hər biri ilə bağlı ayrıca ictimai müzakirə təşkil etmək və faydalı təkliflər almaq olar. Ümumiyyətlə, Təhsil Nazirliyi təhsil siyasəti sahəsində qərarların qəbulu üçün konstruktiv müzakirələrin keçirilməsi və ictimai rəyi nəzərə alınmasına böyük önəm verir.