Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-23 12:59:00
Müharibədə dağıdılmış məktəblər bu tarixə qədər bərpa ediləcək- Təhsil naziri 

“Vətən müharibəsində raket atəşi nəticəsində dağıdılmış məktəblər fevralın 1-ə qədər  şagirdləri  qəbul etməyə hazır olacaq”.

AzEdu.az xəbər verir ki,   bunları Təhsil naziri Emin Əmrullayev "Xəzər" Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

O daha çox zərər görmüş məktəblərin fəaliyyəti üçün müvafiq işlər görüldüyünü qeyd edib:

 

“Vətən müharibəsində cəbhə xəttindən xeyli uzaqlıqda yerləşən  məktəblərin də raket atəşinə tutulması tədrisin davam etdirilməsini mümkünsüz etdi. 54 məktəbimiz müharibə dövründə müxtəlif dərəcədə zədələnib.  Onların bərpa edilməsi ilə bağlı aiddiyyatı hökümət qurumları ilə birgə işləyirik. Düşünürəm ki,  1 fevral tarixində şagirdlər məktəbə qayıtdıqda bu məktəblərin də əksəriyyəti onları qəbul etməyə hazır olacaq. Bəzilərində dağıntılar çox olduğuna görə biz artıq müvafiq qərarlar üzərində işləyirik. Ya şagirdlər başqa məktəblərə köçürüləcək, ya da dağılan məktəblərin nisbətən salamat qalan otaqları təmir edilərək müvəqqəti istifadəyə veriləcək. Daha sonra daha dayanıqlı təmir aparılacaq”.

 

Nazir müharibədə iştirak edən təhsil işçilərinə də ictimaiyyətin diqqətinə çatdırıb:

“Ümumilikdə bu işlərdən başqa böyük qürur hissi ilə deyirəm ki, Vətən müharibəsində 20 direktor olmaqla, 600-dən çox təhsil işçisi iştirak etdi. Onların arasında 20 nəfər şəhidimiz var.  Təəssüf ki, 10 nəfər məktəblimiz Gəncə, Bərdə, Naftalan şəhərinə atılan raket atəşi nəticəsində həlak olub. Bütün bunların fonunda biz distant təhsilin də davam etdirilməsinə çalışırıdıq. Yəni kifayət qədər mürəkkəb, amma qürurverici, tarixi dövrün şahidi olduq”.