Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-22 09:21:00
Semestr bölgüsü və dərsə davamiyyət tələbini aradan qaldırdıq – Rektordan açıqlama

 

 

 

“Dərsə davamiyyət tələbini aradan qaldırmışıq”

 

AzEdu.az xəbər verir ki. bu fikirləri UNEC-in rektoru, professor  Ədalət Muradov  Təhsil Nazirliyi yanında İctimai  Şura və  “Azedu Academy”-nin  birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirədə çıxışı zamanı bildirib.

 

 

Bizim ali təhsil sistemində tələbələrin rolu görünmür, ya da ümumiyyətlə yoxdur.  Tələbələr ali təhsil sistemində idarəetmə prosesində obyekt deyil, subyektə çevrilməlidir.  XXI əsrin  ali təhsili bunu tələb edir.

 

UNEC olaraq, bununla  bağlı bir sıra məsələləri həyata keçirmişik. 

 

İlk olaraq, real sektorla əməkdaşlığı qaçılmaz hesab edirik. Şirkətlərlə rəqabətdə uduzmamağın əsas yolu onlarla əməkdaşlıqdan keçir.

 

Daha sonra, bu ildən semestr bölgüsündən imtina edərək, modul tipli tədrisin təşkilinə keçmişik. UNEC-də dərslər 4 modul üzrə keçirilir.  Dərsə davamiyyət tələbini aradan qaldırmışıq.  Tələbələrin aktivliyinə görə, bir seminarda  maksimum 5 bal olmaqla tələbə  maksimum 20 bal toplaya bilər. Əgər tələbə seminardan imtina etmək istəyirsə, maksimum 80 bal toplayacaq.  İlk dəfə olaraq virtual laboratoriyaları müəllim və tələbələrin  sərəncamına verdik.

 

Yekunda onu da qeyd edim ki, ingilis dili bilmədən keyfiyyətli təhsil vermək özümüzü aldatmaqdan başqa bir şey deyil. Bu səbəbdən də ingilis dilinin tədrisi gücləndirilməlidir. Bu ildən başlayaraq ingilis dilinin tədrisini 1 ildən 2 ilə uzatmışıq. Tədrisi İELTS, TOEFL sertifikatlarının təqdim etdiyi proqramla 4 bacarıq əsasında qurmuşuq. 

 

Qeyd edək ki, “XXI əsrin universitet modeli” mövzusunda  virtual müzakirənin iformasiya dəstəkçisi Modern.az informasiya agentliyidir.