Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-04 16:36:00
Kolleclərə müsabiqə zamanı attestatdakı qiymətlər nəzərə alınır? -DƏQİQ İZAH

9-illik təhsil bazasında kolleclərə müsabiqə zamanı attestatdakı qiymətlər necə nəzərə alınır?

 

“Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsasında aparılır.
Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqda əlavə göstəricilərdən istifadə edilir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirlər DİM-in rəsmi saytında qeyd olunub:

“Attestatda "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya","Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası; qəbul (buraxılış) imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarı”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları