
29.12.2020 14:27
Şagirdlərin qəhrəmanına çevrilən Şəhid müəllimimiz
"Vətən müharibəsi"ndə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Azərbaycan dili və Ədəbiyyat müəllimi Kənan Müzəffərlidir.
AzEdu.az qəhrəmanımızın ömür yolunu təqdim edir:
Kənan 1995-ci ildə Gədəbəyin Çalbrun kəndində ziyalı ailəsində dünyaya göz açıb. Atası Azər müəllim deyir ki, "Kənan çox sakit, diqqətli və canıyanan uşaq kimi böyümüşdü".
Çalbrun kənd orta məktəbində təhsil alırdı. Dərslərini yaxşı oxumaqla bərabər həm də idmanla məşğul olurdu. Orta məktəbi əla qiymətlərlə başa vuraraq, 495 balla Sumqayıt Dövlət Universitetinə qəbul olur. Müəllimləri və tələbə yoldaşları arasında özünəməxsus hörmət və sevgi qazanmışdı. Universiteti Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi bitirir. Bəlkə də Gədəbəyin havası, suyundan idi bu ixtisasa marağı...
2017-ci ildə Universiteti bitirdikdən sonra, elə, həmin ildə də həqiqi hərbi xidmətə yollanır. Xidmətə Naxçıvan MR-da başladı. Yüksək fiziki hazırlığı onu Xüsusi Təyinatlı Dəstəyə aparır. 2018-ci ildə Naxçıvanda "Cunnut kənd" əməliyyatında iştirak edərək, xüsusi fəallıq göstərir. 90-cı illərdə Ermənistan tərəfindən ələ keçirilən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklər düşməndən təmizlənir.
Hərbi xidməti bitirdikdən sonra doğma kəndinə qayıdır. Müəllimlərin işə qəbulu imtahanında iştirak edir. 2019-cu ildə Gədəbəyin Dəyəqarabulaq kənd tam orta məktəbində müddətli müqavilə ilə pedoqoji fəaliyyətə başlayır.
2020-ci ilin Aprelində iş yerinə daimiləşdi. Müəllim yoldaşları onun fədakar, çalışqan bir müəllim olduğunu deyirlər. Qar yağanda kəndləri keçilməz olurmuş. Lakin Kənan bu çətinliklərə baxmayaraq onu gözləyən şagirdlərinin görüşünə tələsirdi.
Kənan olduqca vətənpərvər, Vətəninə, millətinə bağlı bir insan, bir gənc idi. Bunu həmişə tədris etdiyi fənni ilə də şagirdlərinə çatdırırdı. Atası deyir ki, "çox köməyə tələsən biri idi. Çalışırdı hamıya kömək etsin"...
"Vətən müharibəsi" başlayanda Kənan da hər bir Vətən oğlu kimi özünü ön cəbhəyə çatdırmaq istəyirdi. Beləliklə, döyüşlərə könüllü yollandı. Füzuli-Cəbrayıl istiqamətlərində qızğın döyüşlərdə iştirak etdi. Kənanın vaxtı ilə olduğu döyüş və oradan qazandığı təcrübə indi çox köməyinə çatırdı. Xocavənd istiqamətində şiddətli döyüşlər başlanır. Kənan elə, bu döyüşlərin bir günündə - Oktyabrın 25-də canından çox sevdiyi Vətəni uğrunda qəhrəmancasına Şəhid olur...
Oktyabrın 26-da doğulduğu Çalbrun kəndində uğruna canından keçdiyi torpağa tapşırılır...
Bu gün doğmaları, əzizləri ilə yanaşı şagirdləri də sevimli müəllimlərinin yoxluğu acısı ilə yaşayırlar. Əlbətdə bir şagird üçün müəlliminin yoxluğu çox ağrılıdır. Amma Kənan həm də özü nümunə oldu. Özü şagirdləri üçün qəhrəmana çevrildi.
Kənan Müzəffərlinin simasında təhsilimiz bir savadlı və fədakar müəlliminini itirdi...
Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
Bu bölməyə aid digər xəbərlər
Müəllimlərin onlayn dərsləri daha səmərəli etmələri üçün 5 VACİB ÜSUL – ÇOX FAYDALI
25.02.2021 | 16:32
Müəllimlər üçün çox faydalı olan 15 web sayt - Onlarda hər şey var- MARAQLI
25.02.2021 | 16:08
Rusiyalı alimlər koronavirusun iki təsirli müalicə üsulunu müqayisə etdilər
31.01.2021 | 11:36
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
31.01.2021 | 10:00
Dövlət qulluqçusuna hansı fəaliyyətlər qadağandır?- Qanun
28.01.2021 | 12:30
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbir keçiriləcək
26.01.2021 | 16:20
Nastradamus kimdir?
26.01.2021 | 16:02
100 yaşlılardan həyat dərsləri
26.01.2021 | 15:25
Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM
25.01.2021 | 18:00
Jane Elliott – Bölünmüş sinif təcrübəsi
23.01.2021 | 16:34
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
16.02.2021 | 14:15
Buraxılış imtahanında riyaziyyat fənnindən bu mövzulardan suallar salınacaq-TAM SİYAHI

20.02.2021 | 13:27
Təhsil Nazirliyindən orta məktəblərdə əyani dərslərin artırılması ilə bağlı AÇIQLAMA

24.02.2021 | 11:02
Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA

19.02.2021 | 17:48
Nazir: “Pandemiya təhsil sistemini bir sıra vacib çağırışlarla üz-üzə qoydu” - MÜSAHİBƏ

23.02.2021 | 12:21
Dərs cədvəlləri hazırlanarkən bu nöqsana yol vermək olmaz-DƏQİQ İZAH

17.02.2021 | 15:18
Kənar şəxslərin məktəbə daxil olması məhdudlaşdırılıb - Məktəb direktorundan zəruri yazı

17.02.2021 | 12:23
Məktəblərdə dərslər yenidən dayandırılır? - Rəsmi CAVAB

22.02.2021 | 12:06
İmtahanda tətbiq olunan bu yeniliklər abituriyentlərin xeyrinədir-Ekspert açıqladı

FACEBOOK