Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-05 11:13:00
Bu ölkədə oxuyaraq həm də bütün Avropada səyahət şansı əldə edəcəksiniz  

Avropanın ən gənc, gün keçdikcə diqqəti daha çox cəlb edən  ölkəsi Polşada magistr təhsili gələcəyiniz üçün əla fürsətdir. Burada magistr təhsili üçün ALES imtahanına belə ehtiyac yoxdur. Yüksək keyfiyyətli təhsilə böyük maddi vəsaitə ehtiyac duymadan  nail ola bilərsiniz.

 

Bəs bu ölkədə təhsil sizə nə qatacaq?

 

AzEdu.az xarici KİV-ə istinadən Polşada təhsilin sizə yaradacağı imkanları təqdim edir:

 

Yüksək keyfiyyətli təhsil imkanı

 

Yəqin ki, magistr təhsilinizi 10 illik tarixi olan universitetdə deyil də, dünya səviyyəsindən tanınan, 100 illik keçmişi olan akademik tarixə sahib, tələbələri məzun olduqdan sonra belə onlarla əlaqəni kəsməyən bir universitetdə oxumağı üstün tutarsınız. Xüsusilə Avropada təhsil almaq istəyən namizədlər üçün Polşadakı magistratura proqramları  Varşava Universiteti, Varşava Texniki Universiteti, 600 illik tarixə malik Jagiellonian Universiteti, Krakov Texniki Universiteti kimi dünyada tanınmış universitetlərə təhsil imkanları təqdim edir.

 

Münasib qiymətə təhsil imkanı

 

Polşada ingiliscə təhsil şərtləri digər Avropa ölkələrinə nisbətən daha münasibdir. Burada  təhsilhaqları illik, təxminən, 3000-4000 avro arası dəyişir. Təkcə təhsilhaqları deyil, ölkədə gündəlik yaşam xərcləri də olduqca uyğundur. Bütün bunlar Polşada magistr təhsilini xarici tələbələr üçün cəlbedici edir.

 

 

Avropa nəhəngi şirkətlərdə işləmək imkanı

 

 Avropa və digər böyük dövlətlərinin diqqət mərkəzində olan Polşada hazırda dünya brendi olan şirkətlər fəaliyyət göstərir. Bu durumu məzunları üçün iş imkanına çevirən Polşa dövləti duya brendi olan firmalarla müqavilə imzalayır. Polşa universitetlərini bitirən tələbələr həmin şirkətlərdə işləmək imkanı əldə edirlər. Dövlət sadəcə məzunları üçün  deyil, tələbələri üçün də praktika imkanları yaradır.  Bu imkanlarla həm Avropada təhsil almış, həm də dünya brendlərində təcrübə qazanmaq şansı əldə edə bilərsiniz.

 

Digər Avropa ölkələrində də karyera şansı

 

Polşada magistr oxuduğunuz 2 il ərzində işləmək və yaşama icazəsi əldə edirsiniz.  Təhsil aldığını müddətdə tam gün işləyərək ödədiyiniz təhsilhaqqını geri qazana bilərsiniz. Bu sizə digər Avropa ölkələrində də geniş karyera imkanları yaradacaq.

 

Avropada vizasız səyahət imkanı

 

Polşada magistratura oxuyaraq, Avropada və dünyanın bir çox ölkəsindən tələbələrin toplaşdığı bir məkanda təhsil alacaqsınız. Nəticədə ingilis dil biliyiniz kifayət qədər inkişaf etdirə bilərsiniz. Eyni zamanda, sahib olduğunuz “Schengen” vizası ilə bütün Avropa Birliyində sərbəst səyahət imkanı əldə edəcəksiniz.

 

Polşada magistraturaya qəbul şərtləri

Polşada magistraturaya qəbul olmaq üçün bakalavriatura məzunu olmağınız kifayətdir. Ayrıca ALES imtahanına ehtiyac yoxdur. Universitet diplomunuz və ümumi orta göstəriciniz qeydiyyat üçün kifayətdir.