Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-02 15:32:00
Bu siniflərdə dərsdənkənar məşğələlər keçirilməyəcək – Nazirlikdən təlimat

 

 

 Pandemiya vəziyyətindən asılı olaraq dərsdənkənar məşğələlərin keçirilməsində problemlər yaranır.

 

Azedu.az xəbər verir ki, bununla əlaqədar olaraq aşağı siniflərdə məşğələlərə ayrılan  saatlar dərs cədvəlinə əlavə edilib.

 

 Belə ki, I sinifdə dərsdənkənar məşğələlərə ayrılan 1 saat dərs cədvəlinə daxil edilməklə “Riyaziyyat “ fənninin tədrisinə verilib.

 

II-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılan 1 saat müəyyən edilmiş təhsil müəssisələrində dərs cədvəlinə daxil olunmaqla “Şahmat” fənninin tədrisinə, bu fənn tədris olunmayan məktəblərdə isə Riyaziyyat fənninin tədrisinə verilib.

 

I-IV siniflərdə dərsdənkənar məşğələlərə ayrılan saat hesabına tədris olunan “Riyaziyyat” fənni üzrə müvafiq əlavə mövzular aidiyyəti fənn müəllimlərinin iştirakı ilə təhslil şöbəsinin metodkabineti tərəfindən hazırlanıb təsdiq edilir.

 

Qeyd edək ki, dərsdənkənar məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 nəfərdən az olmamaqla komplektləşdirilir. Hər hansı sinifdə şagirdlərinin sayı dərsdənkənar məşğələ qrupu təşkil etmək üçün müəyyən edilmiş normadan az olduqda şagirdlərin meyil və marağı nəzərə alınmaqla həmin dərsdənkənar məşğələ qrupuna yaxın siniflərin (məsələn, V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərinin cəlbinə icazə verilir.