Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-01 14:48:00
  Distant təhsil  həvəsləndirmə puluna təsir edəcək?- Müəllimlər narahatdır

  

Bu il ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar dərslərin distant formada keçirilməsi qərara alınıb.

 

Onlayn dərslərlə əlaqədar müəllimlərə tətbiq edilən və həvəsləndirmə xarakteri daşıyan H1 və H2-nin verilməsi isə onları narahat edən məsələlərdən biri idi.

 

AzEdu.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyi həmin məsələyyə aydınlıq gətirib:

 

“Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsilli müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respubikası Nazirlər Kabinetinin aprel 2010-cu il tarixli , 67 nömrəli qərarına əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsilli müəssisələrini bitirmiş, yaşı 35-dək olan gənc mütəxəssislərin kəndlərdə yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və həmin ümumi təhsil müəssisələrində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya verilir.

 

Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümimi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dən olan gənc mütəxəssislərə aylıq əməkhaqqına 100 manat məbləğində əlavə ödənilir. Bu stimullaşdırıcı tədbirlər yaşı 35-dək olan gənc mütəxəssislərə 5 il müddətində verilir.

 

Həvəsləndirmə tədbirlərinin birinci və ikinci istiqaməti daimi əsaslarla sözügedən ümumitəhsil müəssisələrində çalışan şəxslərə şamil edilir”.

 

Qeyd: Buradan belə bir nəticəyə gəlmək olar ki,  H1 və H2 həvəsləndirmənin verilmə qaydaları konkret olaraq bu cür müəyyən edilir və bu müddəalar pandemiya dövründə də öz aktuallığını qoruyur

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları