Azedu.az

Bir sıra qurumlara uşaqların təhsili ilə bağlı tapşırıq VERİLDİ

27 Noyabr 2020, 15:59
Bir sıra qurumlara uşaqların təhsili ilə bağlı tapşırıq VERİLDİ

Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2021-2022-ci illərdə xüsusi vəziyyətlərdə uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmlərin müəyyən olunması tapşırığı verilib.

 

AzEdu.az xəbər  verir ki, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən  “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

 

Fəaliyyə Planına əsasən, həmin qurumlar 2021-2022-ci illərdə fövqəladə hallarda, pandemiya və bu kimi  xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi istiqamətində mexanizmləri müəyyənləşdirəcək.

TƏCİLİ! Ramiz Mehdiyevə görə Miilli Məclis buraxılır?
Son xəbərlərDaha çox