Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-24 11:46:00
Abituriyentlərin keçid balı ilə bağlı yol verdikləri ən ciddi nöqsan-DƏQİQ İZAH

Bəzi abituriyentlər müsabiqə şərti və keçid balı anlayışlarını qarışdırırlar.

 

AzEdu.az DİM-ə əsasən xəbər verir ki, bunlar tamamilə fərqli anlayışlardır.

 

Müsabiqə şərti: DİM tərəfindən hər hansı bir ixtisas qrupu üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir.

 

Keçid balı isə müsabiqə nəticəsində hər hansı ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir.

 

Keçid balı müəyyən bir ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olaraq formalaşır.

 

Məsələn,  hansısa ixtisas üzrə qəbul planı 30 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 100 nəfər göstərib. Bu zaman həmin 100 nəfərdən ən yüksək bal toplayan 30 abituriyent bu ixtisasa qəbul edilir və 30-cu abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı təyin olunur.

 

İxtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil – abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir..

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları