Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-18 16:09:00
Türkiyədə  kənd  müəllimi  şagirdlərinin  həyatını  dəyişdirdi – FOTO  

Vanın  Özalp  rayonunda  fiziki  tərbiyə  müəllimi  Esra  Antika  şəxsi  imkanlarıyla  qabiliyyət  imtahanlarına  hazırlıq  kursu  açıb.

 

Müəllim, ailələlərini  razı  salaraq  təmənnasız  dərs   verdiyi  bir  neçə  şagirdinin  universitetə  qəbul  olmasını  təmin  edib.

 

AzEdu.az  xəbər verir  ki, ucqar  kəndləri  bir-bir  dolaşaraq  şagirdlərinin   ailələri  ilə  görüşən, COVİD-19  müddətində  də  rayondan  ayrılmayan  müəllimənin  14  şagirdi  universitetə  qəbul  olub.

 

Rayondakı  Şəhid  Abdulhalık  Araz  Anadolu  Liseyində  üç  ildir  çalışan  fiziki  tərbiyə  müəllimi,  idmana  marağı  olan  şagirdlərini  universitetə  hazırlamaq  üçün  ödənişsiz  olaraq  qabiliyyət  imtahanlarına  hazırlıq  kursu  açıb. Müəllim  kəndləri  gəzərək  şagirdlərin  ailələri  ilə  görüb və  onları övladlarını  xüsusi  qabiliyyət  kurslarına  göndərməyə  razı  salmağa  çalışıb. Nəticədə  25  şagirdin  kurslara  qatılmasını  təmin  edən  Esra  müəllim, imkanlarının  məhdud  olması  səbəbi  ilə ləvazimatları  olmayan  şagirdlər  üçün  də  rayon  əhalisindən  yardım  toplayıb. Dörd  aylıq  hazırlıq kursundan  sonra  müəllimin  14  şagirdi  müxtəlif  universitetlərin  fiziki  tərbiyə və  idman  müəllimliyi  fakultəsinə  qəbul  olublar.

 

“Şagirdlərimin  əlindən  tutmaq  istədim”

 

Müəllim, ucqar  kəndlərdə  yaşayan  şagirdlərinin  gələcək  planlarını  reallaşdıra  bilmələri  üçün  əlindən  gələni  edəcəyini  bildirib:

 

“Mən  də  belə  bir  kurs  sayəsində  fiziki  tərbiyə  müəllimliyini  qazandım. Mənim  kimi  çətinlik  yaşayan  şagirdlərimin  əllərindən  tutmaq  istədim. İlk  məzunlarımızı  verdiyimiz  bu  ilin  əvvəlində  şagirdlərimə  oxumaq, idmançı  olmaq  istəyənləri  yalnız  buraxmayacağımı  dedim. Hər gün  şagirdlərim  mənə  zəng  edərək  imtahanda  iştirak  etmək  istədiklərini , ancaq  koronavirus  səbəbi  ilə  geri  qaldıqlarını  bildirirdilər. Hətta  bir  çox  şagirdim  çobanlıq  etdikləri  zaman  mənə  zəng edir,  imtahanlara  necə  hazırlaşmalı  olduqlarını  soruşurdular. Nəticədə  onlara  kömək  etmək  və  xəyallarını  gerçəkləşdirmələri  üçün  kursu  açdım. Kursa  başlama  müddəti  də  çətin keçdi, şagirdlər  nəqliyyat  və  ləvazimatla  bağlı  ciddi  problemlər  yaşayırdılar. Yolumuza  çıxan  problemlərə  rəğmən  bütün  çətinliklərə  qalib  gəldik  və  uğur  qazandıq.”

 

 

 

Müəllim bildirib  ki, COVİD – 19  şagirdlərin  proqramdan  geri  qalmalarına  səbəb  olurdu:

 

“Yoluxma  artdığı  üçün  hər  kəs  evinə  qapanmışdı.  Bu  prosesi  necə  idarəcəyimi  düşündüm.  İki  yol  vardı,  ya  geri  çəkilib  virusunun  bitməsini  gözləmək,  ya  da  bir  çıxış  yolu  tapmaq.  Məktəb  müdiri  ilə danışdım, şagirdlərin  valideyinləri  ilə  görüşüb  onları  razı  saldıq.  Şagirdlərlə  danışıb  izah  etdim  ki, işimizi  tamamlamaq  üçün  virusa  yoluxan  olmamalıdır.  Bunun  üçün  əsas  şərt  təmizlik  idi. Rayonda  maddi  vəziyyət  zəif  olduğundan  müəllimlərlə  yığışıb  aramızda  pul  toplayaraq  lazımı  ehtiyacları da  ödədik. Yorulduğum  hər  an şagirdlərimə  baxırdım, onlar  mənə  güc  verirdi.Bu  müddət  ərzində  dağlarda  bərabər  tərlədik, su  kanallarında bərabər  dincəldik. Şagirdlərim  müxtəlif  nüfuzlu  universitetlərə  qəbul  oldular.  Əldə  etdiyimiz  uğurlar  bütün  sıxıntılarımızı  alıb  apardı”.

 

 

Universitetə  qəbul  olan  şagirdlərdən  Serap  Güntürkün  əmisi  Faruk  Güntürk  Esra  müəllimənin  şagirdlər  üzərindəki  əməyindən  söz  açıb:

 

“Bu  çətin  dövrdə  şagirdlərimizin  universitetə  qəbul  olmalarında  əməyi  olan  müəllimimizə  təşəkkür edirik. Qardaşım  qızı  ilə  birlikdə  beş  qız  sinif  yoldaşı  da  qəbul  oldu. Esra  müəllimə  bizə  ilk deyəndə  qərarsız  qaldıq, amma o  bizi  razı  salmağı  bacardı. Onun  əməkləri  sayəsində  qardaşım qızı  istədiyi  universitetə  yüksək  dərəcəylə  qəbul  oldu. Ona  minnətdarıq,  Allah ondan  razı  olsun.”

 

Bütün  şagirdlər  Esra  müəlliməyə  onlar  üçün  etdiyi  hər  şeyə  görə  təşəkkür edib,  müəllimənin  onların  həyatını  və  gələcəyini  dəyişdiyini  bildiriblər.