Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-17 17:24:00
Milli Dirçəliş Gününə həsr olunmuş onlayn tədbirlər keçirilib - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən 17 noyabr-Milli Dirçəliş Günü ilə əlaqədar onlayn tədbirlər keçirilib.

 

AzEdu.az  xəbər verir ki, məktəblilərdə vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması, onların azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi məqsədilə keçirilən onlayn tədbirlərdə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda mübarizəsində əsas mərhələlərindən biri olduğu vurğulanıb, ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub. Həmçinin ümummilli liderin məqsədyönlü siyasəti nəticəsində ölkədə əmin-amanlığa və ictimai-siyasi sabitliyə nail olunduğu bildirilib.

 

Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən proseslərin mahiyyəti və Azərbaycanın bölgədə lider dövlətə çevrilməsi haqqında şagirdlərə geniş məlumat veriblər.

 

Onlayn tədbirlərdə şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlərin əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.