Azedu.az

UNEC-in “Qarabağ müzakirələri” CANLI YAYIMDA...

Ali təhsil

14 Noyabr 2020, 15:03
UNEC-in “Qarabağ müzakirələri” CANLI YAYIMDA...

UNEC-də “Qarabağ müzakirələri”nə start verilir.

 

AzEdu.az xəbər verir ki, noyabrın 16-da keçiriləcək ilk müzakirələr “Ermənistan işğalının Azərbaycana vurduğu zərər: metodologiya və ilkin qiymətləndirmə” mövzusuna həsr olunacaq.

 

UNEC-in rektoru professor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək müzakirələrdə millət vəkili Mahir Abbaszadə, Türkiyənin Atatürk Universitetinin professoru Kerem Karabulut, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov və UNEC İAETİ-nun dosenti Fərhad Mikayılov mövzu ilə bağlı təqdimatlarla çıxış edəcəklər.

 

Müzakirələr saat 11:00-da UNEC-in rəsmi Facebook səhifəsi üzərindən canlı yayımlanacaq. İştirakçıların mövzu ilə bağlı sualları məruzəçilər tərəfindən cavablandırılacaq.


Mövzu iə maraqlananları müzakirələrə dəvət edirik. Maraqlı olacaq.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox