“Yeni tarix yazmış və Qarabağımızı özümüzə qaytararaq Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı elan edilsin”
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetin( UNEC) rektoru, professor Ədalət Muradov öz facebook paylaşımında qeyd edib.
Rektor sosial şəbəkədəki paylaşımında ürək sözlərini bu cür ifadə edib:
“Bir azərbaycanlı kimi çoxdandır ürəyimdə bir arzum var. Bu arzum haqqında dostlarım bilir. İstərdim ki, bu gün həmin arzum haqqında hamı bilsin. Qarabağın ən yüksək və ən gözəl yerində Ali Baş Komandan İlham Əliyevə və Ulu Öndər Heydər Əliyevə möhtəşəm abidə ucaldılsın!”