Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-30 11:59:00
Geri qalan siniflər və şagirdlərlə bağlı qərarlar veriləcək -RƏSMİ

 

 

 

“Təhsil Nazirliyi görür ki, tədris əvvəlki kimi ötürülə bilmir”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin tədrisin təşkil və formasına dair keçirilən brifinqdə deyib.

 

O, vurğulayıb ki, hansı siniflərdə tədrislə bağlı ləngimələr varsa, ona müvafiq olaraq qərarlar veriləcək.

 

“Biz də müşahidə edirik ki, təhsil əvvəlki kimi ötürülə bilmir. Aparacağımız təlimlər əsasında hansı şagirddə boşluq varsa, ona uyğun qərar qəbul ediləcək. Bununla bağlı ictimaiyyətə hesabat veriləcək”.

 

Qeyd edək ki, 2 noyabrdan ölkəmizdə təlim və tədris prosesi distant formada başlayacaq.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları