Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-01 08:35:49
Prezidentin sərəncamı neçə min təhsil işçisinə şamil edilir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 28 fevral 2018-ci il tarixli sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin aylıq vəzifə maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılıb.

AzEDU Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bu artım orta hesabla 240 min təhsil işçisinə şamil edilir.

Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Prezidentin müvafiq sərəncamlarına əsasən, diaqnostik qiymətləndirmədən keçən bütün müəllimlərin əməkhaqları artırılıb.