Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-27 10:26:00
Qubadlı rayonunun qəbul imtahan göstəriciləri – İlbəil yaxşılaşan nəticələr  

 

 

Azərbaycan ərazisində   27  sentyabr tarixindən hərbi vəziyyət elan olunub. Ordumuz işğal altında olan 20% torpağını azad etmək üçün mübarizə aparır. Ali Baş Komandan İlham Əliyev demək olar ki, hər gün işğaldan azad edilən torpaqlarımızın yeni siyahısını elan edir.

 

Ali Baş Komandan İlham Əliyev ən son elan etdiyi məlumata əsasən, 25 oktyabrda Qubadlı şəhəri və bir neçə kəndi işğaldan azad edilib.

 

Məcburi köçkün ailələrindən olan abituriyentlərin imtahan nəticələri ilbəil yaxşılaşır. Onların təhsil problemlərinin həlli diqqət mərkəzindədir.

 

Dövlət İmtahan Mərkəzi məcburi köçkün və qaçqın ailələrindən olan şagirdlərin və abituriyentlərin qəbul imtahanlarına hazırlığına kömək göstərilməsini həmişə diqqət mərkəzində saxlayır. Hər il onlarla görüşlər təşkil olunur, peşəyönümü istiqamətli söhbətlər aparılır, onları imtahanların texnologiyası ilə tanış etmək məqsədilə pulsuz sınaq imtahanları keçirilir. Onlara dərsliklər, dərs vəsaitləri, “Abituriyent” jurnalları, həmçinin imtahanlarda istifadə olunmuş test kitabçaları hədiyyə olunur. Bütün bunlar və digər amillər məcburi köçkün və qaçqın ailəsindən olan abituriyentlərin təhsillərini davam etdirmək istəklərinə və imtahan göstəricilərinə müsbət təsir göstərir.

 

İşğal altında olan rayonlarımızın bu il ali təhsil müəssisələrinə sənəd verən 10835 məzunundan (9463 abituriyent və 1372 subbakalavr) 5551-i (5129 abituriyent və 422 subbakalavr) tələbə adı qazanıb. Məcburi köçkün olan abituriyentlərin ali təhsil müəssisələrinin nüfuzlu ixtisaslarına qəbulolma faizi də artıb.

 

AzEdu.az DİM-ə istinadən Qubadlı rayonunun 2019-2020-ci il üzrə qəbul göstəricilərini təqdim edir:

 

Qubadlı rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 445 şagird bitirib və onların 444 nəfəri buraxılış imtahanında iştirak edib. Ümumilikdə 444 nəfər attestat alıb. Attestat alanların 89.19%-i (396 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib, 10.14%-i (45 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

 

 Ümumilikdə attestat alanların  92.12%-i (409 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 284 məzunu (imtahanlarda iştirak edənlərin 69.44%-i) tələbə adını qazanıb. Onların 32.04%-i (91 nəfəri) dövlət, 1.06%-i (3 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 60.56%-i (172 nəfəri) dövlət, 6.34%-i (18 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

Ana dili, ədəbiyyat, riyaziyyat, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Rayonun məzunlarının 54 nəfəri 500-dən, o cümlədən 12 nəfəri 600-dən yuxarı bal toplayıb.   Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinə qəbul olub. Rayonun abituriyentlərinin I-IV qruplar üzrə q əbul imtahanlarında topladıqları orta bal 312.648-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 9.6% yuxarıdır.  

 

Qəbul imtahanlarında 31 məktəbin məzunları iştirak edib.   Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun Ə.Əliyev adına Qəzyan kənd, H.Quliyev adına Çaytumas kənd, F.Mehdiyev adına Qaralar kənd, Ç.Quliyev adına Çardaxlı kənd, Baba Məmmədov adına Fərcan kənd, Süleyman Rəhimov adına Mahruzlu kənd, Xanlıq kənd 2 saylı, Xanlıq kənd 3 saylı, 1 saylı şəhər və 3 saylı şəhər tam orta məktəbləri daxil olub.

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları