Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 17:15:00
Bakı Tikiş Evi məktəbli formalarının istehsalını dayandırılıb –SƏBƏB  

 

 

“Hazırda məktəbli formalının istehsalı dayandırılıb”

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov deyib.

 

E.Əzimov açıqlamasında  BTE-nin hazırda hərbi formaların tikilməsilə məşğul olduğunu da qeyd etdi :

 

“Gələn  tədris ilində yeni formaların istifadə ediləcəyi üçün hazırda məktəbli formalının istehsalı dayandırılıb.

 

Bakı Tikiş Evi olaraq, bu dərs ili üçün kifayət qədər məktəbli forması istehsal etmişik. Əlimizdə elə böyük miqdarda  forma da qalmayıb.  Sadəcə müəyyən qədər rezervlərimiz var. İstəyənlər il boyunca mağazalara yaxınlaşaraq məktəbli forması satın ala bilərlər.

 

Hazırda Bakı Tikiş Evi olaraq hərbi formalar istehsal edirik.  Bu gün bu iş daha vacibdir.  Hərbiçilərimizn bütün geyimlərini biz hazırlayırıq.    Əsas  işimiz əsgərlərimizin  geyimlərinin vaxtı-vaxtında çatdırılmasıdır”.