Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 13:53:00
Distant dərslərə qatılma şərtləri-Pijama və sport geyimlərlə olmaz…

Distant təhsil dərsdəki davranış qaydalarına da təsir etdi. Türkiyədə Orta Şərq Texniki universitetinin Uzaqdan Təhsil mərkəzinin rəhbəri prof. Kürşad Çağıltay yeni sistemdə müəllim və şagirdlərin diqqət etməsi gərəkən məqamları açıqladı. AzEdu.az türk mediasına istinadən, həmin vacib detalları təqdim edir:

 

1.Kameraya baxın. Siniflə göz kontaktı qurun. Ətrafdakı gözlərə baxmağa çalışsanız, onlar sizi fərqli istiqamətə baxan kimi görəcək. Bu səbəbdən kameraya baxın.

 

2.Dərslərə uyğun geyimlə qatılın. Həm şagirdlərin, həm də müəllimlərin geyim mövzusuna diqqət etməsi lazımdır. Üz-üzə təhsildə olduğu kimi dərsə uyğun geyimlə qatılmalıyıq. Pijama və sport geyimlərlə kamera qarşısına keçməyin.

  1. Telefonları səssizə alın. Müəllimlər şagirdlərinə dərsə qatılarkən əlavə telefonları söndürməyi tapşırmalıdırlar.
  2. Mikrofonu qapadın. Səsli əlaqə çox önəmlidir. Lakin eyni anda çox şagird danışanda qarışıqlıq yaranır və dərs keyfiyyətini itirir.

 

5.Sadəcə dərs anlatmayın. Müəllimlərə uzun-uzun dərs izah etməmələri gərəkdiyini deyirik. Üz-üzə təhsildə də sadəcə mövzunun izahı sıxıcı olur. Praktikaya önəm verin, məsələn, misal-məsələ həll edin. Kiçik ekrandan uzun müddət dərs dinləyən şagirdin yuxusu gəlir.

  1. Dərsə gecikmə mövzusunu müzakirə edin. Canlı dərslərdə olduğu kimi onlayn dərslərə də gecikmə halları ola bilir. Hər müəllimin dərs planlaması özünəməxsusdur. Şərtlərinizi öncədən şagirdlərə elan edin.
Firayə Allahverdiyeva
Müəllifin digər yazıları