Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-20 10:21:00
Füzulinin uğurlu təhsil göstəriciləri - Ötənilki nəticələr

 

 

2019/2020-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə tələbə qəbulu DİM tərəfindən “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən aparılıb.

 

 

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul beş ixtisas qrupu üzrə aparılıb.

 

 

 I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarət olub.

 

 

AzEdu.az DİM-ə istinadən, 17 oktyabr 2020-ci il tarixində düşmən qüvvələrindən azad edilən Füzuli rayonunun 2019-2020-ci il üzrə qəbul göstəricilərini təqdim edir:

 

Füzuli rayonu: 2019-cu ildə rayonun ümumtəhsil müəssisələrini 1072 şagird bitirib və onların 1052 nəfəri buraxılış imtahanında iştirak edib. Attestat alanların 67.36%-i (714 nəfəri) I-IV qruplar üzrə qəbul imtahanlarında iştirak edib,  6.42%-i (68 nəfəri) isə buraxılış imtahanlarının nəticələri əsasında V qrupa daxil olan ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün ərizə verib.

 

Ümumilikdə attestat alanların  68.49%-i (726 nəfəri) ali təhsil müəssisələrinə qəbul kampaniyasında iştirak edib.

 

 

Qəbul imtahanlarının nəticələrinə əsasən rayonun 418 məzunu (imtahanlarda iştirak edənlərin 57.58%-i) tələbə adını qazanıb. Onların 16.75%-i (70 nəfəri) dövlət, 0.48%-i (2 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 76.08%-i (318 nəfəri) dövlət, 6.70%-i (28 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

 

 

 Rayonun məzunlarının 63 nəfəri 500-dən, o cümlədən 15 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

 

  Abituriyentlərin ən çoxu Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinə qəbul olub. 

 

Qəbul imtahanlarında 71 məktəbin məzunları iştirak edib. Respublika üzrə yaxşı məktəblərin sırasına bu il rayonun 8, 54 saylı və Mollaməhərrəmli kənd tam orta məktəbləri daxil olub. Bu il rayonun ən yaxşı məktəbləri sırasında 46 saylı tam orta məktəbi qeyd etmək olar.  

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları