Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Ermənistanın hərbi təxribatına qarşı rəşadətli ordumuzun əks-hücum əməliyyatlarını böyük ruh yüksəkliyi ilə izləyərək, torpaqlarımızın günbəgün azad olunmasından qürur duyur.
UNEC-dən AzEdu.az-a verilən məlumata görə, ali təhsil müəssisəsinin kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna könüllü olaraq vəsait köçürməsi aksiyasını davam etdirir. Davam edən aksiyada UNEC-in kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna artıq 171 min 125 manat köçürüb.
Universitetin kollektivi Ali Baş Komandanın rəhbərliyi ilə tariximizdə şanlı səhifə yazan, qürur mənbəyimiz olan qüdrətli ordumuza yeni-yeni zəfərlər arzulayır.