Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-16 13:19:00
“Müəllimlər dərslərdə şagirdlərə döyüşlər barədə məlumat verməlidir”

“Orta məktəblərdə dərslər müəyyən bir proqram çərçivəsində aparılır. Sözsüz ki, Qarabağda gedən müharibə barədə dərs başlamazdan öncə şagirdlərə qısa məlumat vermək vacibdir”.

Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bu barədə Modern.az-a açıqlamasında bildirib:


“Mən düşünürəm ki, fənnindən aslı olmayaraq, şagirdlərə döyüşlər barədə məlumat vermək bütün müəllimlərin borcudur. Dərs başlamazdan əvvəl müharibə haqqında 2-3 dəqiqəlik informasiyanın verilməsi vacibdir. Azad olunmuş torpaqların keçmiş həyatı, coğrafi mövqeyi, aparılan rəşadətli döyüşlər barədə məlumat vermək həm də şagirdlərin vətənə sevgisinin, qayğısının artmasına gətirib çıxarır”.

Təhsil eksperti qeyd edib ki, bu barədə qohumların, dost-tanışların uşaqlarından soruşurlar.

“Daha çox tarix müəllimləri, humanitar fənn müəllimləri məlumatlandırma sessiyalarını dərslərdə tətbiq edir. Elə müəllimlərdə var ki, bunu etmir”.

M.Mürşüdlü deyib ki, bu, vətəndaşlıq mövqeyidi: “Bütün müəllimlər şagirdlərdə ruh yüksəkliyini artırmaq, tariximizi öyrətmək məqsədilə bunu etməlidirlər”.