Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-15 10:44:00
MDU-da elmi konfrans keçiriləcək    

 

AzEdu.az xəbər verir ki, Mingəçevir Dövlət Universiteti “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika Elmi konfransı keçirir.

 

Konfransın keçirilmə yeri və tarixi:

 

Mingəçevir Dövlət Universiteti, 11-12 dekabr 2020-ci il.

 

Konfransa aşağıdakı bölmələr və istiqamətlər üzrə tezislər qəbul edilir:

 

Bölmələr:

 

1.Təbiət və texnika bölməsi;

 

2.İqtisadiyyat və idarəetmə bölməsi;

 

3.Təhsil və humanitar bölmə.

 

İstiqamətlər:

 

  1. Azərbaycanda milli innovasiya fəaliyyətinin inkişafı: reallıqlar və perspektivlər.

 

  1. Milli innovasiya sistemində regionların yeri və rolu.

 

  1. Elmi-texniki tərəqqi və innovativ inkişaf dövlət strategiyasının prioritetləri kimi.

 

  1. İnnovasiyalı inkişafda informasiya təminatı.

 

  1. Sənaye, energetika və nəqliyyat sahəsində nanotexnologiyalar.

 

  1. Qloballaşma şəraitində elmi innovasiyaların tətbiqi cəmiyyətin inkişaf amili kimi.

 

  1. Elm, təhsil və praktikanın inteqrasiyası: mövcud vəziyyət və innovativ hədəflər.

 

  1. Müasir təhsil sistemində kreativ düşüncənin inkişaf etdirilməsi ölkənin innovasion gələcəyinin təminatıdır.

 

  1. İqtisadi sistemlərin innovativ inkişaf strategiyasının müasir tendensiyaları.

 

  1. Yeni texnologiyaların yaranmasinda humanitar elmlərin rolu və inteqrasiyası.

 

  1. İnformasiya-kommunikasiya texnologiyaları: reallıqlar və inkişaf istiqamətləri.
  2. Humanitar sahədə innovasiyalar.

 

Konfransda ali təhsil və elmi-tədqiqat müəssisələrini təmsil edən professor-müəllim heyəti, doktorant, dissertant və elmi işçilər iştirak edə bilərlər.

 

Konfrans materialları kitab şəklində çap olunacaqdır.

 

 

TEZİSLƏRIN TƏRTİB OLUNMA QAYDALARI:

 

Təqdim olunan tezislər aşağıdakı tələblərə uyğun olaraq tərtib edilir:

 

-    tezislər Azərbaycan, rus və ingilis dillərində (1 nüsxədə və elektron variantda) təqdim olunur;

 

-    mətn Microsoft Word formatında Times New Roman şriftilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,5; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağı 2 sm) yığılır, A4 formatlı standart (210x297mm) ağ kağızda çap olunur;

 

-    tezisin mətni 3-4 səhifə həcmində olmalıdır;

 

-    mətndən əvvəl yuxarıdan solda UOT (rubrikatora uyğun Universal Onluq Təsnifatı indeksləri) indeks (adi şriftlə), növbəti sətirdə mərkəzdə tezisin adı (qalın şriftlərlə), növbəti sətirdə tezisçinin elmi dərəcəsi, elmi adı, soyadı, adı və atasının adı (tam açıq şəkildə), onun altında isə tezisçinin işlədiyi və ya təhsil aldığı müəssisənin adı (kursiv şriftlərlə), əlaqə nömrəsi (təşkilati komitə üçün) yazılmalıdır (bax Nümunə 1);

 

-    ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə və AAK-in tələblərinə uyğun göstərilir (istinad olunan ədəbiyyatın nömrəsi mətnin içərisində göstərilir: məsələn, [2]).

 

Tezis göndərildikdən sonra müvafiq bölmələrə təqdim ediləcək və konfrans materiallarına daxil edilməsi barədə bölmələr tərəfindən məqsədəuyğunluğu qiymətləndiriləcəkdir. Zərurət yarandıqda bölmələrin müəyyən iradlarının nəzərə alınması əsasında tezislər üzərində düzəlişlərin edilərək təkrar göndərilməsi nəzərdə tutulur. Bölmənin iradları qəbul edilmədikdə və düzəliş olunub vaxtında göndərilmədikdə tezislər qeyri-məqbul kimi qiymətləndiriləcək və konfrans materiallarına daxil edilməyəcəkdir.

 

Bölmələrə təqdim edilmiş tezislər geri qaytarılmır.

 

Tezislər 25 noyabr 2020-ci il tarixindən gec olmayaraq kagız və elektron formada aşağıda göstərilən ünvanlara göndərilməlidir.

 

Ünvan: Mingəçevir Dövlət Universiteti

Az4500, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 21

Məsul katib: Mustafayev Vüqar Sabir oğlu

Əlaqə telefonu: (+99450) 521-96-97

Elektron ünvan: [email protected]

Nümunə 1.

UOT ________

Tezisin adı

elmi dərəcəsi, elmi adı, Soyadı Adı Atasının adı (tam açıq şəkildə)

tezisçinin işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı

Əlaqə nömrəsi (təşkilati komitə üçün)

Əsas mətn [2].

Ədəbiyyat

1......

2......

3......