Azedu.az

UNEC Azərbaycan neftinin qiymətini bu il 48 dollar olacağını proqnozlaşdırır

Ali təhsil

7 Oktyabr 2020, 14:35
UNEC Azərbaycan neftinin qiymətini bu il 48 dollar olacağını proqnozlaşdırır

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Azeri Light” markalı neftinin dünya bazarında qiymətinin proqnozunu yeniləyib.

 

Universitetdən  AzEdu.az-a  verilən məlumata görə, UNEC proqnozunda 2016-2023-ci illər üzrə “Azeri Light” neftinin dünya bazarında qiymətinin ekonometrik modelləşdirməsində COVID-19 pandemiyasının neftin qiymətinə təsiri nəzərə alınıb.

 

2020-ci ildə dünya bazarında “Azeri Light” neftinin 1 barelinin illik orta qiyməti 48 ABŞ dolları olacağı proqnozlaşdırılıb.

 

Proqnoza əsasən, 2021-ci ildə isə neftin dünya bazarında illik orta qiyməti hər barel üçün 62 dollar olacağı gözlənilir.

TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində
Son xəbərlərDaha çox