Sənəd qəbulu 12 oktyabr tarixədək aparılacaq
Əziz abituriyentlər!
2020/2021-ci tədris ili üzrə Mingəçevir Dövlət Universitetinə qəbul olunan abituriyentlərin sənədlərinin qeydiyyatı online formada aparılacaq. Abituriyentlər aşağıda qeyd olunan sənədləri qeydiyyat üçün təqdim etməlidirlər.
Qeydiyyat zamanı abituriyentlərdən tələb olunan sənədlər:
Təhsil haqları dövlət vəsaiti hesabına ödəniləcək abituriyentlərdən tələb olunan əlavə sənədlər:
- Valideynin şəhid olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvi kimi vəsiqənin surətini, vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;
- Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.
QEYD: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
- Abituriyentin məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.
- Valideynin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını, əlil olmasını, hərbi əməliyyatla əlaqədar itkin düşməsini və məhkəmə tərəfindən ölmüş elan edilməsini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
- Valideynlərinin himayəsindən məhrum olmasını təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- Valideynlərinin vəfat etdiyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
- Abituriyentin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti.
QEYD: Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.
- Abituriyentin əlilliyini təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti.
Sənədlər onlayn qaydada [email protected] elektron ünvanına göndərilir.
QEYD: Sənədlər elektron ünvana göndərilərkən mobil telefon nömrəsinin qeyd olunması tövsiyyə olunur.
Sənəd qəbuluna dair yarana biləcək suallarla bağlı müvafiq ixtisaslar üzrə aşağıdakı şəxslərlə əlaqə saxlamaq olar:
| Nizami Zeynalov | Pedaqoji fakültənin dekanı | (050) 347-74-72 |
| Flora Namazova | Pedaqoji fakültənin dekan müavini | (051) 854-95-55 |
| Nüşabə Qədimli | İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı | (050) 716-25-35 |
| Nazim Niftəliyev | İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini | (050) 359-52-25 |
| Almaz Əliyeva | Mühəndislik fakültəsinin dekan əvəzi | (050) 346-90-14 |
| Səbuhi Qəhrəmanov | Mühəndislik fakültəsinin dekan müavini | (055) 998-66-88 |
| Üzeyir Zeynalov | Tədris şöbəsinin müdir müavini | (055) 916-12-81 |
| Elnur Xəlilov | İnformasiya texnologiyaları mərkəzinin direktoru | (055) 440-37-69 |
| Qurban Qurbanzadə | İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi | (077) 642-22-72, (051) 642-23-72 |