Azedu.az

Azərbaycanda daha 101 yeni yoluxma 137 sağalma  

25 Sentyabr 2020, 15:28
Azərbaycanda daha 101 yeni yoluxma 137 sağalma  

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan AzEdu.az-a məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış iki nəfər vəfat edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6705, ötən müddət ərzində isə ümumilikdə 1 087 578 test aparılıb.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox