Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-25 13:52:00
Məktəbdənkənar təhsil müəssisələrinə qeydiyyat davam edir  

2020-2021-ci tədris ilində Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək və qruplarına qeydiyyat prosesi davam edir.

 

AzEdu.az-ın məlumatına görə, sözügedən dərnək və qruplara qeydiyyat üçün məktəbdənkənar təhsil müəssisələrinə müraciət edə bilərsiniz.

 

Dərnək və qrupların fəaliyyət göstərdiyi məktəbdənkənar təhsil müəssisələri haqqında məlumatı bu link vasitəsilə əldə etmək mümkündür: Məktəbdənkənar təhsil müəssisələri

 

Qeyd edək ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətləri və fiziki imkanlarının inkişafı məqsədilə fəaliyyət çərçivəsində uşaq-gənclər inkişaf mərkəzlərində təsviri incəsənət, dekorativ-tətbiqi sənət, xoreoqrafiya, musiqi, bədii və texniki yaradıcılıq, turizm və diyarşünaslıq, ekologiya və intellekt istiqamətləri üzrə dərnəklərin, uşaq-gənclər idman-şahmat məktəblərində idmanın 29 növü üzrə qrupların fəaliyyəti nəzərdə tutulur.