https://www.zirve.edu.az/
19.09.2020 16:32
Dünyada ilk bağçalar belə fəaliyyət göstərib - TARİX

 

 

AzEdu.az xarici KİV-ə istinadən, məktəbəqədər təhsil müəssisələri, tədrisin ilk pilləsi sayılan bağçaların necə formalaşdığı və hansı metodlar əsasında fəaliyyət göstərmələri haqqında maraqı faktları təqdim edir:

 

Balacalar üçün  məktəblər ilk dəfə, XVIII yüzillikdə Fransada , XIX yüzilliyin əvvəllərində Böyük Britaniya və İtaliyada açıldı. Amma bu bağçalar məktəblərdən elə də fərqlənmirdi. Bağçalarda dini təhsilə, əlifbaya və müəyyən ev işlərinin öyrədilməsinə üstünlük verilirdi. Oyunlara isə demək olar ki, vaxt qalmırdı.

 

Böyük Britaniyada  kiçik yaşlı uşaqlar üçün məktəb açma fikri ilk dəfə Robert Oven tərəfindən  irəli sürüldü. O, 1816-cı ildə Şotlandiyanın Nyu Lanark bölgəsində  açdığı məktəbdə uşaqlara maraqlı tədbirlər keçirə biləcəyi şərait yaratmağı qarşıya məqsəd qoymuşdu.

 

İsveçrəli təhsil xadimi  F.Froebel 1841-ci ildə “uşaq bağçası” mənasına gələn ilk məktəbə qədər təhsil müəssisəsini yaratdı.

 

F.Froebel bu bağçanı oyunlar vasitəsilə özlərini inkişaf etdirə biləcəkləri və ətraf mühiti öyrənəbiləcəkləri yer olaraq nəzərdə tutmuşdu.

 

Məktəbəqədər təhsilin əhəmiyyətinin üzərində dayanan əsas adlarından biri də 1907-ci ildə İtaliyada uşaq bağçası açan  Maria Montessoridir. M.Montessoru uşaqları öyrətmək adı altında sərt qaydalara həbs etmək yerinə, nəyi nə zaman öyrənəcklərini uşaqların öz ixtiyarına buraxmağın daha məqsədəuyğun  olduğunu müdafiə edirdi.

 

ABŞ-da bağçaları ilk dəfə araşdırma mərkəzləri tərəfindən uşaqların inkişafı məsələsində araşdırmalar aparmaq üçün quruldu. 1930-cu illərdə ölkədəki ekonomik sıxıntılar zamanı hökumət işsiz müəllimlər üçün iç yerləri açmaq üçün yeni bağçalar açdılar.

 

Azərbaycanda ilk bağça 1907-ci ildə Bayıl qəsəbəsində “Dəcəllər məktəbi” adlanan uşaq bağçası təşkil olundu. 1916-cı ildə Bakıda Qadın gimnaziyası yanında uşaq bağçası təsis edilib. Daha sonra isə 1920-ci ilin ortalarına kimi Bakıda və onun sənaye rayonlarında 35, Gəncə qəzasında 8, Nuxa qəzasında 6, Şuşada 5, Qubada 1, Qazaxda və Göyçayda 3, Lənkəranda 2 və Şamaxıda 1 uşaq bağçası açıldı.

Hazırda bir çox ölkədə istər özəl, istərsə də dövlət bağçaları fəaliyyət göstərirdi. Məktəbəqədər təhsil dünya ölkələrində müxtəlif formada təşkil edilir.  İveçdə 3 ay – 5 yaş, Türkiyədə 3-6yaş, ABŞ-da 2-5 yaş, ölkəmizdə isə, 1-6 yaş aralığındakı uşaqlar bağçaya gedirlər.