Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-17 16:17:00
Hər qrup üzrə bu qədər abituriyent ixtisas seçimi edib –Son 3 gün…

 

 

“I ixtisas qrupunda 13287, II qrupda 9104, III qrupda 13434, IV ixtisas qrupunda  3303, V ixtisas qrupunda isə 15000-dən çox abituriyent artıq ixtisas seçimini edib.

 

Prosesin bitməsinə 4 gün qalıb. Ərizənizi təsdiq etməyi unutmayın”.

 

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin  rəsmi feysbuk səhifəsində təşkil olunan canlı yayımda qurumun sector  müdiri  Xanlar Xanlarzadə bildirib.

 

O, ixtisas seçimiylə bağlı məsləhət mərkəzlərinə müraciəti də abituriyentlər üçün tövsiyə edib:

 

 “Kimin ixtisas seçimiylə əlaqədar çətinliyi varsa, əvvəlki video müraciətlərimizə də baxa bilərlər, həmçninin hazırda fəaliyyətdə olan DİM-in məsləhət mərkəzlərinə müraciət edə bilərlər. Onlayn  növbə  götürüb  ora müracət  etmək  mümkündür”.

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları