Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-17 12:22:00
Əvvəlki illərin məzunlarının qeydiyyatla bağlı ən çox verdikləri sual- DİM-dən cavab

 

 

Ali məktəblərə qəbul imtahanında bir çox abituriyent istədiyi balı toplayıb, ixtisas seçimində iştirak etsə də, bəzi abituriyentlər imtahanda istədikləri nəticəni əldə edə bilmədilər.

 

Yenidən qəbul imtahanında iştirak etmək istəyən abituriyentləri əsas maraqlandıran məsələlərdən biri növbəti ilki imtahana qeydiyyat qaydasıdır.

 

AzEdu.az mövzu ilə bağlı DİM-ə ən çox ünvanlanan sualların cavablarını təqdim edir:

 

Sual:  XI sinfi bitirib məzun olmuş şəxs buraxılış və  blok  üçün ayrı-ayrı qeydiyyatdan keçməlidirmi ?

 

Dövlət İmtahan Mərkəzinin rəsmi feysbuk səhifəsində ötənilki məzunları maraqlandıran bu sual konkret şəkildə  cavablandırılıb:

 

Cavab:  Bəli,  həm buraxılış, həm də   blok  imtahanları  üçün bir dəfə olmaq şərtilə ayrı-ayrılıqda qeydiyyatdan keçmək zəruridir.