Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-16 10:00:00
AzTU professoru vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının professoru Əzizə Mikayılova uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

AzEdu.az xəbər verir ki, Əzizə Mikayılova 1984-cü ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

 

2001-2005-ci illərdə AzTU-nun Azərbaycan dili və pedaqogika kafedrasında müəllim, baş müəllim vəzifələrində işləyib.

 

2005-ci ildən dosent vəzifəsinə seçilib.

 

AzTU-nun rəhbərliyi və kollektivi Əzizə Mikayılovanın vəfatından kədərlənir, yaxınlarına səbr diləyir.

 

Allah rəhmət eləsin!